Abşeronda yolnəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var

04.12.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Bakı-Quba yolunda qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobili yolu keçən ər və arvadı vurub.

Yaralılar xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, ölən qadın 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydalıyevadır.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью