Icma.az, Baku.ws portalına istinadən məlumat verir. Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə Bakı-Quba yolunda qeydə alınıb.
"VAZ 2107" markalı minik avtomobili yolu keçən ər və arvadı vurub.
Yaralılar xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, ölən qadın 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydalıyevadır. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.