Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI VİDEO YENİLƏNİB

27.08.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Puta-Güzdək yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Hadisə ötən gün saat 20:00-da 8 saylı cəzaçəkmə müəssisəsinin qarşısında baş verib.
2004-cü il təvəllüdlü İnqilab Mirzəxan oğlu Ağayev idarə etdiyi "Lada Granta" markalı, 90-YG-129 dövlət nömrə nişanlı avtomobilə nəzarəti itirib və maşın aşıb. Hadisə nəticəsində sürücü ilə yanaşı onun sərnişinləri Tapdıq Şirəli oğlu Mehdiyev və Elgün İlkin oğlu Muxtarov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Qeyd olunub ki, hadisə gecə saatlarında Güzdəkdən Puta istiqamətinə gedən yolda qeydə alınıb.
Belə ki, minik avtomobili naməlum səbəbdən yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və avtomobil yararsız vəziyyətə düşüb. Xəsarət alan və ya ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur.
Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью