Abşeronun baş məşqçisi: İlk dövrənin son matçından sonra intensiz və faydalı məşq prosesimiz oldu

12.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İlk dövrənin son matçından sonra intensiz və faydalı məşq prosesimiz oldu.

"Report" xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən türkiyəli mütəxəssis NTD-yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının VII turunun oyunu barədə danışıb:

"Komandanın son durumunu yaxşı dəyərləndirmək olar. İlk dövrənin son matçından sonra intensiz və faydalı məşq prosesimiz oldu. "NTD" ilə aramızda çox fərq yoxdur. 1 qələbə onlardan artıq qazanmışıq. Onların da bizim kimi son anlarda uduzduqları görüşlər oldu. NTD yaxşı komandadır və bizimlə oyuna çox ciddi hazırlaşırlar. İkinci dövrəyə qələbə ilə başlamaq istəyəcəklər. Matçın son anına qədər mübarizə dolu oyun olacaq".

Qeyd edək ki, "Abşeron" - NTD oyunu dekabrın 13-də, saat 15:00-da baş tutacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью