Abşeronun baş məşqçisi: Neftçi ilə oyuna çox yaxşı hazırlaşmışdıq

04.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

"Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışdıq.

"Report"un məlumatına görə, bunu "Abşeron" klubunun baş məşqçisi Erhan Toker "Neftçi"yə qarşı Azərbaycan Basketbol Liqasının V turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

"Hər zaman ilk periodları yaxşı oynayırıq. Bu dəfə də belə oldu. Bundan öncəki matçlardan fərqli olaraq fasilədən sonrakı dövrələri yaxşı oyunla başa vurduq Müdafiədə inamlı idik və bu da öz növbəsində hücumdakı keyfiyyətimizə müsbət təsir etdi. Daha öncə məğlub olduğumuz qarşılaşmalarda da belə oyun nümayiş etdirə bilsəydik, son hissələrdə qalib gələ bilərdik. Bu matça çox yaxşı hazırlaşmışdıq. Gözəl qələbə oldu. Bu qalibiyyətə görə çox sevincliyik".

Qeyd edək ki, "Neftçi" - "Abşeron" qarşılaşması ikincilərin 72:56 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью