“Abşeron”un blokçusu: “Onlar da çalışdılar” İdman və Biz

10.01.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Bizi gərgin oyunlar gözləyir”.

İdman.biz xəbər verir ki, bunu “Abşeron”un blokçusu Mariya Kirilyuk klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, voleybol üzrə Azərbaycan Yüksək Liqasında “Murov Az Terminal”la matç haqqında təəssüratlarını bölüşüb: “İlin ilk oyunu oldu. Komandamı qələbə münasibətilə təbrik edirəm. “Murov Az Terminal”ın oyunçularını da təbrik etmək istəyirəm, onlar da çalışdılar. Lakin qələbə bizim oldu. Çempionatın növbəti hissəsi çox maraqlı olacaq, bizi gərgin oyunlar gözləyir. Düşünürəm ki, bütün komandalar qələbəyə layiqdirlər. Komandama çoxlu qələbələr və ən yaxşı nəticələr qazanmağı arzu edirəm”.

Qeyd edək ki, “Murov Az Terminal”a 3:0 hesabı ilə qalib gələn “Abşeron” ölkə çempionatının vahid lideri olub. Onlar 14 xal yığıblar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью