Abşeronun bu qəsəbəsində zibil əlindən dayanmaq mümkün deyil

27.07.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunun Hökməli qəsəbəsində zibil və üfunət qoxusundan dayanmaq mümkün deyil.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.

Qeyd edilib ki, qəsəbənin beton yola çıxan ərazisində böyük marketin yaxınlığı zibilliyə çevrilib.

Yığılan tullantılar ərazidən vaxtında götürülmədiyindən konteynerlər aşıb-daşır.

Şikayətçilərin sözlərinə görə, xeyli müddətdir üfunət qoxusu səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil.

Sözügedən görüntüləri təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью