ABŞın 250 kiloqramlıq döyüş bombası zərərsizləşdirildi

01.12.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Almaniyanın Hannover şəhərində İkinci Dünya Müharibəsi zamanı istifadə edilən Amerika istehsalı olan bombası aşkar edilərək zərərsizləşdirilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Langenhagener-News" məlumat yayıb.

Nəşr qeyd edib ki, sursat Hannover Tibb Məktəbinin tikintisində aşkar edilib.

Hadisə yerində fövqəladə vəziyyət elan edilib. Minlərlə insan sürətlə təhlükə zonasını tərk etdi.

İstehkamçılar 250 kiloqramlıq bombadan bir neçə detonator çıxarıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью