ABŞın 39cu Prezidentinin rəsmi dəfn mərasimi yanvarın 9u keçiriləcək AZƏRTAC

30.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 dekabr, AZƏRTAC

ABŞ-ın 39-cu Prezidenti Cimmi Karterin rəsmi dəfn mərasimi yanvarın 9-u paytaxt Vaşinqtonda keçiriləcək.

AZƏRTAC-ın xəbərinə görə, məlumatı Ağ evdən təsdiqləyiblər.

Həmçinin Prezident Co Bayden yanvarın 9-nu milli matəm günü elan edib.

Cimmi Karter dekabrın 29-da 100 yaşında vəfat edib. O, 1977-1981-ci illərdə Prezident olub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью