ABŞın 39cu sabiq prezidenti VƏFAT ETDİ

30.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

ABŞ-ın sabiq prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bildirib.

Qeyd edək ki, Karter ABŞ-ın 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью