ABŞın Beynəlxalq Ticarət Administrasiyası ilə dayanıqlı sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri müzakirə olunub AZƏRTAC

16.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evansla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ABŞ ilə genişlənməkdə olan energetika, ticarət və işgüzar əlaqələrin əhəmiyyəti qeyd olunub. Həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetlər və yaşıl inkişaf istiqamətində qarşıya qoyulan hədəflər, yaşıl enerji keçidi üzrə görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verilib, bu sahədə əməkdaşlıq potensialı vurğulanıb.

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanmış “Yaşıl artım portalı”nın dayanıqlı inkişafa nail olmaq üçün qlobal əməkdaşlıqda əhəmiyyəti qeyd olunub

Tərəflər təmiz enerji sahəsində irəliləyişlər və dayanıqlı inkişafı dəstəkləyən sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri, bu sahədə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью