ABŞın bu ölkədəki bazası VURULDU

27.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində Amerikanın əməliyyat komandanlıq mərkəzi olan "Yaşıl Kənd" raket atəşinə tutulub.

Publika.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

İlkin məlumata görə, Əl Ömər neft yatağının ərazisində yerləşən ABŞ hərbi bazasına üç raket atılıb.

Bölgənin hava məkanında Amerika hərbi təyyarələri yüksək hazırlıq vəziyyətində olub.

Bir gün əvvəl Suriyanın şimal-şərqindəki Həsəkə əyalətindəki Əl-Şəddadi bölgəsində ABŞ hərbi bazasının raket atəşinə tutulduğu bildirilmişdi. Obyektə 5 raket atılıb.

Hüseyn İbadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью