ABŞın dəstəklədiyi qruplar Suriyada Rusiya bazasını ələ keçirdi VİDEO

07.12.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsindən olan yaraqlılar bu əyalətdəki Rusiya bazasını ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb.

Məlumatda bildirilib ki, videogörüntülərdə Rusiya qüvvələrinin İŞİD-in terror aktları törətdiyini bəhanə edərək bir sıra əməliyyatlarda İŞİD-in formalarından istifadə etdiyi görünür.

Qeyd edək ki, dünən ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri kimi tanınan alyansın Suriyanın şərqindəki Deyr əz-Zor şəhərinə nəzarəti ələ keçirdiyi açıqlanmışdı.

Videonu təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью