ABŞın dövlət borcu 36 trilyon dolları keçdi

24.11.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçib.
Bizim.Media xəbər verir ki, müvafiq məlumatları ölkənin Maliyyə Nazirliyi dərc edib.
Son məlumata görə, borc məbləğinin böyük qismi (29 trilyon dollar) əhalinin payına düşür.
Beynəlxalq Valyuta Fondunun ekspertləri ABŞ dövlət borcunun artımını qlobal iqtisadiyyat üçün təhlükə adlandırırlar. Belə ki, 2032-ci ilə qədər ölkənin dövlət borcu ÜDM-in 140%-ni keçə bilər.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью