ABŞın Dövlət katibi Türkiyəyə səfər edəcək AZƏRTAC

11.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 11 dekabr, Günel Karatepe, AZƏRTAC

ABŞ Dövlət katibi Antoni Blinkenin dekabrın 13-də Türkiyəyə səfər etməsi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Antoni Blinken Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.

Görüşdə müzakirə olunacaq əsas məsələlər arasında Suriyada baş verən dövlət çevrilişindən sonra bu ölkədəki son vəziyyətin yer alacağı ehtimal edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью