ABŞın hərbi bazası raket hücumuna məruz qaldı

22.11.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriyanın Deyr əz-Zor vilayətində qaz yatağı ərazisində yerləşən ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyadakı hərbi mənbələr məlumat yayıb.

Raketlərdən ikisi bazanın yaxınlığına, digəri isə bazanın cənub-şərqinə düşüb. Ümumilikdə Amerika bazasına üç raket buraxılıb.

Dağıntı və tələfat barədə informasiya verilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью