Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Uzun yaşamaq və 100, hətta daha çox yaşa çatmaq son zamanlar bir çox insanın arzusuna çevrilib.
Buna nail olan insanların genetik quruluşları, yaşadıqları həyat tərzi, nə yeyib-içdikləri elm adamları tərəfindən davamlı olaraq araşdırılır.
Həmin şəxslərdən biri bu yaxınlarda 113 yaşında dünyasını dəyişib. Bəs o, bu qədər uzun yaşamaq qabiliyyətini nəyə borclu idi?
Qaynarinfo xəbər verir ki, ABŞ-ın ikinci ən yaşlı insanı Herlda Senhaus bu yaxınlarda dünyasını dəyişib.
Massaçusets ştatının Uelsli şəhərində yaşayan Senhaus 1911-ci ildə anadan olub.
2021-ci ildə İngiltərənin "The Telegraph" qəzetinə danışan Senhaus gəncliyində ağdərili ailələrin evlərində xadimə və dayə işlədiyini, tibb bacısı təhsili almaq istədiyini, lakin qara dərili olduğu üçün buna icazə verilmədiyini bildirib.
Yaşadığımız yaşda ən çox məmnun olduğu üç şeyin evlərə nüfuz edən elektrik işıqlandırması, su və kanalizasiya xidmətləri, ABŞ vitse-prezidentinin qaradərili qadın (Kamala Harris) olması olduğunu deyən Senhaus bildirib: "Heç vaxt düşünməmişdim ki, qaradərili bir qadını bu vəzifədə görə biləcəm.