ABŞın istəyini rədd etdik, indi etirazları yoxdur Gülər

26.11.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etməsinə artıq etirazı yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.

"Amerika tərəfi ilə son ​​görüşlərimizdə S-400 kontekstində bizdən istədiklərini rədd etdik. İndi amerikalıların buna etirazı yoxdur. S-400-dən istifadə edə biləcəyimiz sahələri müəyyənləşdirmişik”, - deyə nazir bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью