ABŞın keçmiş prezidenti Klinton yüksək hərarətlə xəstəxanaya yerləşdirilib Doğru Xəbərlər

24.12.2024

Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

NBC News-un məlumatına görə, Klintonda qızdırma yaranıb və testdən keçmək qərarına gəlib.

“Keçmiş prezident yaxşı olacaq… O, şüurlu və ayıqdır”, – telekanal eks-prezidentin köməkçisindən sitat gətirir.

Bundan əvvəl Braziliya prezidenti Luiz İnasiu Lula da Silva San-Pauludakı xəstəxanadan evə buraxılıb.

Qeyd olunur ki, maqnit-rezonans tomoqrafiyası zamanı onun oktyabr ayında aldığı zədə nəticəsində kəllədaxili qansızma olduğu üzə çıxıb. Braziliya lideri hematomu çıxarmaq üçün kraniotomiya əməliyyatı keçirib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью