ABŞın müdafiə büdcəsi 895 milyard dollar olub

24.12.2024

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanata görə, ABŞ prezidenti Co Bayden ölkənin 2025-ci maliyyə ili üçün (1 oktyabrda başlayıb) müdafiə büdcəsini 895 milyard dollar həcmində təsdiqləyib.

Qeyd edildiyi kimi, “Prezident 2025-ci maliyyə ili üçün, ilk növbədə, Müdafiə Nazirliyi və hərbi tikinti proqramları, Enerji Departamentinin milli təhlükəsizlik proqramları və kəşfiyyat proqramları üçün ayrılan vəsaitləri imzalayıb” . ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 11-də, Senat dekabrın 18-də təsdiqləyib.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью