ABŞın Qazaxıstandakı səfiri istefa verəcəyini açıqlayıb

06.12.2024

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Astanadakı səfiri Daniel Rozenblüm Qazaxıstan hökumətinə bildirib ki, 2025-ci il yanvarın 20-də ABŞ Dövlət Departamentində 28 illik uğurlu karyerasını başa vuraraq vəzifəsindən istefa verəcək.

AZƏRTAC ABŞ-ın Qazaxıstandakı səfirliyinin saytına istinadla xəbər verir ki, diplomat 2022-ci ilin noyabrından missiyanın rəhbəri vəzifəsini icra edir. D.Rozenblüm Vaşinqtonun güclü və inkişaf edən tərəfdaşlıq əlaqələri qurduğu Qazaxıstanda ABŞ-ı təmsil etmək imkanına görə minnətdarlığını bildirib.

Məlumatda qeyd olunur ki, səfirin rəhbərliyi altında ABŞ və Qazaxıstan arasında əlaqələr inkişaf edib, ticarət və investisiyalar sahəsində əhəmiyyətli irəliləyişlər əldə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью