ABŞın Rusiya qorxusu Kiyev səfirliyini bağladı

20.11.2024

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın Kiyevdəki səfirliyi xəbərdarlıq edib ki, Rusiya bu gün Ukraynaya böyük hava hücumu həyata keçirə bilər.

Turkustan.az xəbər verir ki, xəbərdarlıqda ABŞ-ın Kiyevdəki səfirliyinin bağlandığı açıqlanıb.
Açıqlamada bildirilib ki, səfirlik hazırlıq məqsədilə bu gün bağlanacaq. Səfirlik əməkdaşlarına yerlərdə qalmaları barədə göstəriş verilib. ABŞ səfirliyi ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınacaqlara getməyə hazır olmalarını tövsiyə edib.
ABŞ səfirliyinin hücum xəbərdarlığı Ukraynanın müharibənin mininci günündə ilk dəfə ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə hücumundan bir gün sonraya təsadüf edib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью