ABŞın Suriyanın şimalşərqindəki bazası atəşə tutulub

26.11.2024

Anews saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyanın şimal-şərqindəki Həsəkə vilayətinin Əl-Şəddadi kəndi yaxınlığında yerləşən Amerika hərbi bazası atəşə tutulub. Bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, bazaya ən azı iki raket atılıb. Onlar məqsədlərinə çatmamış hücum uğurla dəf edilib.

Ötən ilin oktyabrında Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsindən sonra ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar tez-tez baş verir.

Aytac 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью