ABŞın Ukrayna planı: İlin sonuna qədər sürpriz ola bilər Türkiyə açıqladı

11.11.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ştatlar sürpriz edə və bu ilin sonuna qədər Ukrayna üzrə sülh danışıqlarına başlamaq təşəbbüsü irəli sürə bilər.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli analitik Serhat Lətifoğlu “RİA Novosti”yə müsahibəsində bildirib.

O aydınlaşdırıb ki, ən pis halda gələn ilin yanvar-fevral aylarında sülh danışıqlarına başlamaq təklifini gözləmək olar. “İlin sonuna qədər sürpriz ola bilər. Hazırda Qərb ölkələri pərdəarxası diplomatiya ilə məşğuldur. Vaşinqton 2024-cü ilin sonuna qədər danışıqlara başlamaq təşəbbüsü etsə, təəccüblənməyin”, - deyə Lətifoğlu bildirib.

Təhlilçinin fikrincə, ən pis halda gələn ilin əvvəlində danışıqlara başlanılacağı gözlənilir.

Tural

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью