Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Dövlət Departamenti və Bayden administrasiyasının üç yüksək vəzifəli rəsmisi bu gün Dəməşqdə Suriyanın yeni administrasiyası ilə görüş keçirəcək.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, ABŞ-dan yüksək səviyyəli diplomatlar Suriyanın paytaxtı Dəməşqə nəzarət edən "Həyat Təhrir əl-Şam" (HTŞ) lideri Məhəmməd Kolani ilə görüşmək üçün Dəməşqə göndərilib.
Xarici İşlər Nazirliyinin Yaxın Şərq üzrə yüksək vəzifəli məmuru Barbara Leafın rəhbərlik etdiyi nümayəndə heyətinə ABŞ-nin girovlar üzrə xüsusi nümayəndəsi Rocer Karstens və Co Bayden administrasiyası tərəfindən Suriya ilə diplomatik əlaqələri idarə etmək üçün təyin edilmiş Daniel Rubenstein də daxildir.