ABŞlı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər AZƏRTAC

18.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

2024-cü ilin iyun ayında 8 günlük missiya ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedən 2 ABŞ-li astronavt Yerə qayıda bilmir.

AZƏRTAC xəbər verir ki, Buç Vilmor və Suni Vİlyamsın geri qayıda bilməməsinə səbəb “Starliner” kosmik gəmisində baş verən nasazlıqdır.

Sentyabrda kosmik gəmi BKS-yə 2 astronavtı çatdırmışdı. Onlar təyinat nöqtəsinə çatdıqdan sonra ABŞ Aerokosmik Agentliyi NASA kosmik gəminin Yerə boş qayıtmasına qərar verib.

NASA-nın məlumatına görə, astronavtlar planetimizə böyük ehtimalla martda qayıdacaqlar. Bu təqdirdə onlar 8 gün əvəzinə 9 ay Yerətrafı orbitdə qalmış olacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью