ABŞnin bəzi ştatlarında güclü qasırğa həyatı iflic etdi KONKRET

06.01.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin bəzi ştatlarında şiddətli qasırğalar baş verib.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Kanzasdan Nyu Cersiyə qədər 60 milyondan çox insan çovğun xəbərdarlığı alıb. Məlumatda bildirilir ki, Kanzas Siti və Sent-Luis hava limanlarında 275-dən çox reys  ləğv edilib. Kanzas, Kentukki, Arkanzas, Qərbi Virciniya və Virciniyada fövqəladə vəziyyət elan edilib. Milli Meteoroloji Xidmətin məlumatına görə, Kanzas və Missurinin şimal-qərbində kəskin hava şəraiti səbəbin yollar bağlıdır. Missuri ştatının polisi yolda qalan sürücülərin axtarışına başlayıb. Son məlumatlara görə, 600-ə yaxın sürücü tapılıb. Fırtına nəticəsində Arkanzas, Luiziana, Missisipi və Alabama ştatlarında tornadolara səbəb ola biləcək şiddətli tufanlar qeydə alınıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью