ABŞnin dəstəklədiyi qruplar Suriyada Deyr əzZor şəhərinə nəzarəti ələ keçirib

06.12.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin dəstəklədiyi qruplar Suriyanın şərqindəki Deyr əz-Zor şəhərinə nəzarəti ələ keçirib.
APA-nın xəbərinə görə, bu barədə “Reuters” iki təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, “Suriya Demokratik Qüvvələri kimi tanınan alyans Deyr əz-Zorda nəzarəti tam ələ keçirib”.
Qeyd edilib ki, bu, bir həftə ərzində Suriya Prezidenti Bəşər Əsəd hökumətinin nəzarətindən çıxan üçüncü şəhərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью