ABŞnin dəstəyi kəsilərsə, Ukraynanın pulu nə qədər vaxta bəs edəcək? Maliyyə nazirindən aç…
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "ABŞ-nin dəstəyi olmadan Kiyevin vəsaitləri, silah və sursatları 2025-ci ilin təxminən ilk
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko İspaniyanın "Pais" qəzetinə müsahibəsində deyib.
"Bizim ən azı 2025-ci ilin birinci yarısına qədər dayanmaq üçün kifayət qədər vəsaitimiz, silahımız, raketimiz və artilleriya mərmilərimiz var", - deyə Marçenko bildirib.
O qeyd edib ki, Kiyevin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə lazımi şərtləri özündə əks etdirən əməkdaşlıq planı olmalıdır.
Xatırladaq ki, daha əvvəl "The New York Times" ABŞ-nin Ukraynaya yardımının həcminin ABŞ-nin seçilmiş prezidenti Donald Trampın 2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra böyük ehtimalla azalacağını yazmışdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu