ABŞnin ən böyük nəşrlərindən biri seçkilərdən əvvəl tətilə çıxdı

04.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin ən böyük nəşrlərindən biri olan “The New York Times”ın əməkdaşları prezident seçkiləri öncəsi tətilə çıxıblar.
 

Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə nəşrin texniki işçilərinin həmkarlar ittifaqı məlumat verib.


"Biz ədalətsiz əmək praktikasına görə tətil edirik",- ittifaq qeyd edib.


İddia olunur ki, NYT texnoloji işçiləri əmək müqavilələrində dəyişiklik edilməsini və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Əsas tələblərdən biri də uzaqgörən əsaslarla işdən çıxarılmalara qadağa qoyulması, eləcə də iş qrafikinin dəyişdirilməsi, sosial dəstək tədbirləri və maaşların artırılmasıdır.
 

Bu ittifaq NYT-nin 700 texniki işçisindən - dizaynerlər, proqramçılar, menecerlər və digər mütəxəssislərdən ibarətdir. Münaqişə tərəfləri bazar günü axşam saatlarında razılığa gəlməli idilər, lakin nəşrin rəhbərliyi ilə həmkarlar ittifaqı arasında aparılan danışıqlar heç bir nəticə verməyib.
İnci

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью