ABŞnin limanında qayıq partladı VİDEO

24.12.2024

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikanın Florida şəhərindəki "Fort Lauderdale" limanında qayıq partlayıb.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, qayıqda yanğın olması barədə dekabrın 23-ü axşam saatlarında məlumat daxil olub. Əvvəlcə bir qayıq alovlanıb, sonra alov digərinə keçib. İlkin olaraq, ölən bir şəxs itkin düşənlər siyahısına salınıb. Dalğıclar bir neçə saat ərazidə axtarış aparıb və onun meyitini tapıblar. 
Məlumata görə, 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Hadisənin səbəbləri aydınlaşdırılır.

"Düşünürük ki, qayıq yanacaq nasoslarının yaxınlığında olub", - deyə yerli yanğınsöndürmə rəisinin müavini Qarret Pinqol bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью