Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin Oklohama ştatının qubernatoru Kevin Stitt təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə bildirib. "Azərbaycandan üzücü xəbər.
Zərərçəkmiş ailələr üçün dua edirəm, fikirlərim bu çətin vaxtda Prezident İlham Əliyevlədir", – o qeyd edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bizim WhatsApp kanalımıza abunə olun Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.