Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. “Seçkilərdə məğlub olan ABŞ administrasiyası Amerika xalqı adından Gürcüstan kimi mühüm
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-nin tətbiq edəcəyi viza sanksiyalarını şərh edərkən dey
Onun sözlərinə görə, hazırkı administrasiya Kapitol binası yaxınlığındakı nümayiş iştirakçılarını uzun illər həbslə cəzalandırdı.
“Demokratiya bir halda bir məna, digər halda başqa bir məna daşıya bilməz”, - spiker söyləyib.
Ş.Papuaşvili bildirib ki, hazırkı administrasiya Saakaşvilinin hakimiyyəti dövründə baş vermiş qanun pozuntularına nə bir sanksiya tətbiq edib, nə də bir kəskin reaksiya verib.
“Buna görə də getməkdə olan ABŞ administrasiyasının mövqeyi anlaşılmaz və mənasızdır”, - parlament sədri deyib.
Qeyd edək ki, ABŞ Gürcüstanın 20-yə yaxın rəsmi şəxsinə viza sanksiyaları tətbiq edib.
Onların arasında hökumət və parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları var.