Yenicag saytına istinadən Icma.az xəbər verir. “ABŞ-nin hədəfi Rusiya yox, Avropa idi”.
Bu fikri Trampın prezident seçilməsindən sonra “müharibələri dayandıracağam” bəyanatına Yenicag.az-da münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Hərbi ekspertin sözlərinə görə, müharibələrin qısa zamanda dayanması real görünmür: “Hazırda dövlətlərin başına kiminsə gəlməsi dövlətlərin siyasətinə o qədər də təsir etmir.
Trampın prezident seçilməsi də “müharibəni dayandıracağam” fikri ilə bağlıdır. İnsanlar Üçüncü Dünya müharibəsindən qorxur.
ABŞ-nin özündə sosial, iqtisadi problemlər az deyil. Tramp biznesmen olub, o bütün proseslərə iqtisadi yöndən baxır, siyasəti də iqtisadi yö
“İnanıram ki, Tramp Rusiya Ukrayna müharibəsini dayandıra bilsin. Çünki ABŞ üçün bu müharibə artıq maraqlı deyil.
Çünki ABŞ-nin əsas siyasəti Avropanı özünə tabe etmək idi. ABŞ Avropa ilə bağlı bütün hədəflərinə çatıb.
Ukrayna müharibəsi ilə bağlı iki böyük ölkə – ABŞ və Rusiya öz aralarında problemin həllini yollarını tapacaqlar.