Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abu Dabidə "Gürcü Arzusu" partiyasının deputatları İrakli Zarkua və Viktor Sanikidze fiziki təzyiqə məruz qalıblar.
Teleqraf.com xəbər verir ki, hotelin yeməkxanasında baş vermiş insidentə səbəb Gürcüstan vətəndaşı Laşa Qabitaşvilinin deputatları "Rusiyanın qulları" adlandırması səbə olub.
Yaranan mübahisə qarşılıqlı təhqirlərə keçib və sonradan əlbəyaxa dava ilə nəticələnib.
İnsidenti şərh edən İ.Zarkua L.Qabitaşvilini radikal müxalifətin təxribatçı üzvü adlandırıb.
L.Qabitaşvili öz növbəsində bildirib ki, nahar zamanl ilk olaraq İ.Zarkua ona qarşı fiziki güc tətbiq edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.