Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tanınmış jurnalist Eynulla Fətullayevin dünən məmurlara ünvanlı "Təşəbbüs! Məmurlar "Naz Lifan"a minsin!" başlıqlı paylaşımna daha bir tanınmış jurnalist Elşad Məmmədli diqqətçəkən şərh yazıb.
Mia.az xəbər verir ki, Elşad Məmmmədli diqqəti Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeliyindəki xidmətlərdə cərəyan edən proseslərə, həmçinin Agentlik rəhbəri Zaur Mikayılovun qudası Fud Quliyevin diplom və himayəsində olduğu iddia olunan şirkətə çəkib:
"Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin təkcə Sabirabaddakı mülklərinin dəyəri azı 10 milyon manatdır. Bakıdakıları saymaqla qurtarmır. O, hələ Əhməd Əhmədzadənin dövründən meliorasiya sistemində müavin postunda əsas korrupsiya əməliyyatlarını həyata keçirənlərdən biri olub. Ən maraqlısı odur ki, yeni ADSEA yarananda Zakiri uzaqlaşdırdılar, amma az sonra ADSEA-nın aparat rəhbəri, ABU-nun saxta diplomlu "məzunu" Fuad Quliyev onu yenidən fərdi maraqlarının təmini şərti ilə Regional Su və Meliorasiya Xidmətinə rəis təyin etdirdi...
Ondan sonra bu sistemdə Fuad Quliyevin PDL şirkəti əksər tenderləri "udur". İldə azı 50 milyon...".
Samir Musayev
MİA.AZ