Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Neftçi"nin danışıqlar apardığı İdrissa Dumbiya artıq Bakıdadır.
Apasport.az saytına verilən məlumata görə, Bakı klubu yaxın zamanda 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.
Vinsent Abubakarla maddi cəhətdən razılıq əldə edə bilməyən "ağ-qaralar" bu keçidi tez bir zamanda həll edib, azarkeşlərini sevindirməyə çalışır.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan Dumbiya son olaraq Qətərin “Əl-Əhli” klubunda çıxış edib. O, karyerası ərzində “Anderlext”, “Zulte-Varegem”, “Axmat”, “Sportinq” və “Hueska” kimi komandaların da formasını geyinib.
Daha bir millidə baş məşqçi ayrılığı Bakıda keçiriləcək Millətlər Liqası oyunlarının təqvimi açıqlanıb Günün oyunları bu kanallarda Vaqif Cavadov "Tvente"nin qonağı olub AFFA nümayəndəsinə UEFA-dan təyinat