Abubakar Bakıya gəlir Bu klubla anlaşıb

18.10.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Neftçi" heyətini tanınmış futbolçu ilə gücləndirir.

"Unikal" xəbər verir ki, "ağ-qaralar" Kamerun millisinin üzvü Vensan Abubakarla anlaşıb.

Bununla bağlı klubun sosial şəbəkə hesabında video paylaşılıb. Azarkeşləri salamlayan 33 yaşlı forvard "Neftçi" üçün Bakıya gəldiyini bildirib.

Qeyd edək ki, "Portu" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son iş yeri Türkiyənin digər təmsilçisi "Hatayspor" olub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью