Abubakar debüt etdi, “Neftçi” qələbə qazandı Video

26.10.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq. 

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə iki matç keçirilir. 

Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkib. Oyun “Neftçi”nin qələbəsi ilə yekunlaşıb- 2:0.

70-ci dəqiqədə oyuna daxil olmaqla debüt edən paytaxt klubunun kamerunlu yeni legioneri Vensan Abubakar əvvəlcə assist edib, sonra isə qol müəllifi olub.

Qeyd edək ki, turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı” ilə görüşəcək.

16:00. “Qəbələ” - “Neftçi” - 0:2 

Qol: İfeanyi Metyu, 71, Vensan Abubakar, 81
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью