Icma.az, Idman.biz portalına istinadən məlumat verir. “Neftçi”nin yeni transferi Vensan Abubakarla müqaviləsinin detalları müəyyənləşib.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu “ağ-qaralar”la 1+1 illik müqaviləyə qol çəkəcək.
Hazırda Bakıda olan Kamerun millisinin üzvü tibbi müayinədən keçdikdən sonra keçidi rəsmən elan olunacaq.
Abubakarın cari mövsümdəki performansı onun komandada qalıb-qalmayacağını müəyyənləşdirəcək.
Çıxışı ürəkaçan olarsa, gələn ilin yayında sözləşməsi avtomatik olaraq 1 illik uzadılacaq.
Abubakarın Azərbaycanda çıxış edən ən yüksək ödənişli futbolçu olması gözlənilir.
Konkret rəqəm açıqlanmasa da, onun 1 milyon avrodan az almayacağı güman edilir.
Qeyd edək ki, Abubakar son klubu “Hatayspor”dan bu ilin mayında ayrılıb və “Neftçi”yə azad agent kimi keçib.