Abubakardan Sərgənə: “İndi də çempion olsunlar görək”

04.12.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Neftçi”nin hücumçusu Vensan Abubakar türkiyəli şərhçi Ertem Şenerə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, kamerunlu futbolçu müsahibəsində “Beşiktaş” günlərindən və baş məşqçi Sərgən Yalçından danışıb:

“Beşiktaş” Sərgən Yalçın yox, biz oyunçular çempion etdik. O kuboku meydanda mübarizə aparan oyunçu qrupu qazandı. Məşqçi həmin məşqçidir, üstəlik indiki heyətdə o dönəmlə müqayisədə daha böyük adlar var. Elədirsə, indi də çempion olsunlar görək”.

Abubakar 2020-2023-cü illərdə “Beşiktaş”ın formasını geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью