Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Neftçi”nin kamerunlu hücumçu Vensan Abubakarla imzayacağı müqavilənin detalları məlum olub.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” futbolçu ilə 1+1 illik sözləşmə imzalayacaq.
Abubakar oktyabrın 19-da Bakıya gəlib. Hücumçu tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.
Abubakar son olaraq Türkiyədə “Hatayspor”da çıxış edib.