Abxaziya birbaşa Kremlin nəzarətindədir | Icma.az
Sherg.az saytına istinadən Icma.az xəbər verir. Baş verənlər geopolitik qarşıdurmanın üzə çıxan əlamətləri kimi diqqəti cəlb edir Abxaziyada
Deputatlar iclası təxirə salıb, növbəti iclasın vaxtı hələ açıqlanmayıb.
Şəhərdəki bütün hökumət binaları etirazçıların əlindədir.Abxaziya “prezidenti” Aslan Bjaniya baş verən kütləvi etiraz aksiyalarından sonra Suxumidən qaçıb və doğulduğu kəndə - Tamışa sığınıb.
Aslan Bjaniya deyib ki, Abxaziyadakı siyasi böhranın güc yolu ilə həlli sabitliyin daha da pozulmasına gətirib çıxaracaq: “Abxaziya müxalifətinin açıq şəkildə üstünlük verdiyi hərbi həll yolu sabitliyin daha da pozulmasına, iqtisadi itkilərə və humanitar böhrana gətirib çıxaracaq.
Sülh yolu ilə həll, əksinə, sabitliyin bərpası, investisiyaların cəlb edilməsi və Abxaziyanın iqtisadi inkişafı üçün şərait yaradacaq”.
Politoloq Turab Rzayev isə hesab edir ki, Abxaziyanın Rusiyanın nəzarətinə keçməsinə qarşı çıxan etirazçılar hesab edirlər ki, Rusiya investisiya müqavilələri ilə Abxaziyanın əsas limanları, infrastruktur layihələri və sənaye obyektlərini faktiki olaraq nəzarət altına alır, bununla da, onu öz ərazisinin bir hissəsinə çevirməyə çalışır.Onun sözlərinə görə, etirazçılar Abxaziyanın getdikcə Rusiyanın bir vilayətinə çevrilməsinə qarşıdır:“Hazırda Abxaziya inkişaf etməmiş bir vilayət kimi Rusiyanın təsiri altındadır.
İnsanlar bu vəziyyəti qəbul etmək istəmirlər. Rusiya əvvəllər Gürcüstana ərazi bütövlüyünün bərpası ilə bağlı yardım edəcəyini vəd etmişdi.
Gürcüstan bu prosesdə Rusiyanın razılığını vacib hesab edərək münaqişəni danışıqlar yolu ilə həll etməyi üstün tutur.
Tam oxu
Xəbəri oxu