Abxaziya müxalifəti investisiya layihələri ilə bağlı müqaviləni ləğv etməkdə israrlıdır

21.11.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Müxalifət müharibə veteranları təşkilatı “Aruaa” (“Döyüşçülər”) Rusiya hüquqi şəxsləri tərəfindən ölkədə investisiya layihələrinin həyata keçirilməsinə dair Rusiya ilə sazişin ratifikasiyası haqqında qanunun parlamentdən çıxarılmasında israrlıdır.
Missiya.Az 
xəbər verir ki, bu barədə TASS-a təşkilatın sədri Temur Qulia Aruaa Ali Şurasının iclasının yekunlarına dair məlumat verib.
“Biz investisiya layihələri ilə bağlı sazişin ləğv edilməsində israr etməyə davam edirik, ya parlament bu sazişin ratifikasiyasına qarşı səs verəcək, ya da icra hakimiyyəti onu parlamentdən geri götürəcək”, - deyə Qulia bildirib.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью