Abxaziya “parlament”ində atışma olub, qondarma qurumun deputatı ölüb Azərbaycanda özəl xəb…
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın separatçıların nəzarətindəki Abxaziya regionunun "parlament” binasında atışma olub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, insident nəticəsində qondarma qurumun deputatı Vaxtanq Qolandzianın həlak olduğu, daha bir nəfərin yaralandığı bildirilib.
"AMPA-life" Telegram kanalının məlumatına görə, yaralı müxalifət üzvü Kan Kvarçiadır.
Məlumata görə, insident qondarma qurumun parlamentində kriptovalyuta mayninqinin qadağan edilməsi haqqında qanun layihəsi müzakirə edilərkən baş verib.
Kan Kvarçia və Adqur Xaraziya arasında mübahisə silahlı insidentə çevrilib.
Adqur Xarazianın odlu silahdan atəş açması nəticəsində Vaxtanq Qolandzia həlak olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu