Abxaziya “parlament”ini gülləbaran edən şəxs “deputat” imiş

19.12.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Tanınmamış Abxaziya Respublikasının deputatı Adqur Xaraziya “parlament binası”nda odlu silahla bir həmkarının ölümünə, digərinin isə yaralanmasına səbəb olmaqda şübhəli bilinir.

Teleqraf.com xəbər verir ki, bu barədə qondarma respublikanın daxili işlər naziri Robert Kiyut bildirib.

Kiyut qeyd edib ki, “parlament”də atışma törətməkdə şübhəli bilinən “deputat” Adqur Xaraziya hadisə yerindən qaçıb.

Xatırladaq ki, hadisə bu gün baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью