Abxaziya “prezidenti” istefa verdi

19.11.2024

Icma.az, Tribuna saytına istinadən bildirir.

Abxaziyada hökumət və müxalifət nümayəndələri “prezident” Aslan Bjaniyanın istefa verdiyini bildirən saziş imzalayıblar.

Axar.az xəbər verir ki, bu barədə Bjaniyanın mətbuat xidmətindən məlumat verilib.

Ölkədə sabitliyi və konstitusiya quruluşunu qorumaq üçün Abxaziya Respublikası “konstitusiyasının” 65-ci maddəsinə uyğun olaraq, Abxaziya “prezidenti” vəzifəsindən istefa verirəm”, – məlumatda qeyd olunub.

Razılaşmaya əsasən, dövlət binalarının ərazisinə və kompleksinə toplaşan vətəndaşlar noyabrın 19-da dağılışmalıdırlar. Buna əməl edilmədiyi təqdirdə Bjaniya istefa ərizəsini geri götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью