Abxaziya “prezident”i istefa verdi FOTO

19.11.2024

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abxaziya “prezident”i Aslan Bjaniya istefa verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bjaniyanın mətbuat xidmətinin bəyanatında deyilir.

Danışıqlardan sonra “iqtidar” və “müxalifət” nümayəndələri saziş imzalayıblar, ona görə də Bjaniya istefa ərizəsini təqdim edib. 

Razılaşmalara görə, hökumət binaları kompleksinin ərazisinə toplaşan insanlar noyabrın 19-da dağılışmalıdırlar. Bu şərt yerinə yetirilməsə, Bjaniya ərizəsini geri götürəcək.

Vitse-prezident Badra Qunba “prezident” səlahiyyətlərini icra edəcək. 

Xatırladaq ki, Abxaziyada “müxalifət” nümayəndələri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. Kütləvi etiraz aksiyasının iştirakçıları Rusiya ilə investisiya razılaşmasının ləğvini, eləcə də “prezident” Aslan Bjaniyanın istefasını tələb ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью