Abxaziya rejimi erməniyə vəzifə verdi

19.04.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Erməni icmasının nümayəndəsi Varazdat Minosyan separatçı Abxaziya rejimində baş nazirin müavini təyin edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rejimin lideri Badra Qunba sərəncam imzalayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini qoruyub saxlayan Cansux Nanba, Taraş Xaqba və Robert Kiut da baş nazirin müavinləri olublar.

Bundan əvvəl Varazdat Minosyan Abxaziya İctimai Palatasının üzvü olub.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью