Abxaziyada etirazçılar parlament binasına basqın edib | Icma.az
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tanınmamış Abxaziya Respublikasında müxalifətinin nümayəndələri parlament binasını tamamilə nəzarətə götürüblər.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbvuatı məlumat verib.
Parlament binasının içərisində olan və asayişi təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşları küçəyə çıxmağa başlayıblar.
Tanınmamış respublikanın müdafiə naziri Vladimir Anuanın parlament binasında olduğu bildirilir. O, binadakı vəziyyəti müşahidə edir.
Etirazçılar da prezident administrasiyasının binasına girməyə çalışırlar.
Tanınmamış Respublikada vəziyyəti sabitləşdirmək üçün Abxaziyanın rəhbəri Aslan Bjaniya Rusiya Federasiyası ilə investisiya layihələrinin Rusiya hüquqi şəxslərinin həyata keçirməsinə dair sazişin ratifikasiyası haqqında qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.
Bu barədə administrasiyasının mətbuat xidməti məlumat verib.
Tam oxu
Xəbəri oxu